İyul ayının 8-də Xocalı
rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri Vətən müharibəsinin qaziləri
- Rəcəbəov İmran Kamran oğlunun, Hümbətov Əli Məhyəddin oğlunun, Novruzov Rüfət Yunis
oğlunun evlərinə gedərək onları Qurban bayramı münasibətilə təbrik edib,
onların qayğıları və problemləri ilə maraqlanıblar.Qazilər də onlara dövlət
səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna
görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qurban payları qazi ailələrinə
təqdim edilib.Saflıq və mərhəmətin rəmzi
olan Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib, onlara əmin-amanlıq,
cansağlığı və ruzi-bərəkət arzulanıb.
Tədbir iştirakçıları
sonra Vətən müharibəsində Ağdam, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində
gedən döyüşlərdə qumbaraatan köməkçisi kimi şücaətlə iştirak edən, Cənab
Prezidentin Sərəncamlarına əsasən, "Cəsur döyüşçü" və "Xocavəndin
azad olunmasına görə"medalları təltif edilən İsbəndiyarov Hümbət Əlyar
oğlunun toy mərasimində iştirak ediblər.